Xəbərlər


ETSN-də qanvermə aksiyası keçirilib

12 Oktyabr 2026, 18:42

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası təşkil olunub.

Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə yardım məqsədi daşıyan aksiyada Nazirliyin əməkdaşları iştirak edərək könüllü qan donorluğuna töhfə veriblər.

Aksiya “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibbi briqadası tərəfindən həyata keçirilib. Qanvermə öncəsi donorların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən qiymətləndirilib, müayinədən sonra qan götürülüb.

Qeyd edək ki, toplanan qan ehtiyacı olan xəstələr üçün istifadə ediləcəkdir.