Xəbərlər


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

09 Oktyabr 2026, 17:30

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Xankəndi şəhərləri, Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonu Havzava və Şamaxı rayonu Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 32 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.