Qaxda ekoloji maarifləndirici tədbir keçirilib
07 Oktyabr 2026, 17:27
Qax rayonunda İlisu və Axar-Baxar Milli Parklarının birgə təşkilatçılığı ilə ekoloji maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi regionun zəngin flora və faunasının tanıdılması, biomüxtəlifliyin qorunmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılması, eləcə də gənc nəsildə təbiətə qayğıkeş münasibətin və ekoloji məsuliyyətin formalaşdırılması olub.
Tədbir iştirakçılarına milli parkların zəngin bioloji müxtəlifliyi, nadir və qorunan canlı növləri, təbii sərvətləri və turizm imkanları barədə məlumat verilib.
İnteraktiv formatda keçirilən tədbirdə gənclərlə ekoloji mövzular ətrafında fikir mübadiləsi aparılıb, “Sağlam ətraf mühit – sağlam cəmiyyət!” mesajı diqqətə çatdırılıb.