Regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib
02 Oktyabr 2026, 12:02
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, Göyçay rayonunun 1 nömrəli və Qusar rayonunun Cibir kənd tam orta məktəblərində keçirilən görüşlər “Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusuna həsr olunub.
Görüşlər zamanı iştirakçılara tullantıların düzgün çeşidlənməsi, təkrar emalın əhəmiyyəti və ətraf mühitin mühafizəsi istiqamətində gündəlik həyatda tətbiq oluna biləcək ekoloji davranış qaydaları barədə məlumat verilib.
Həmçinin iqlim dəyişmələrinin əsas səbəbləri və ətraf mühitə təsirləri barədə məlumat verilib, ekoloji problemlərin qarşısının alınmasında hər bir fərdin məsuliyyəti vurğulanıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb