“Tibbi tullantıların təhlükəsiz idarə olunması” mövzusunda maarifləndirmə tədbirləri keçirilib
01 Oktyabr 2026, 18:40
Tibbi tullantıların təhlükəsiz və düzgün idarə olunması ilə bağlı tibb işçilərinin bilik və məlumatlılığının artırılması məqsədilə Hövsan Sağlamlıq Mərkəzi, Respublika Psixiatriya Xəstəxanası, Maştağa Xəstəxanası, Respublika Narkoloji Mərkəzi və 12 nömrəli Şəhər Poliklinikasında maarifləndirmə tədbirləri təşkil olunub.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlər zamanı tibb işçilərinə tibbi tullantıların çeşidlənməsi, saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib, eləcə də onların düzgün idarə olunmasının ətraf mühitin mühafizəsi və ictimai sağlamlığın qorunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.