Xəbərlər


“Dövlət qulluğu keçmə ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsi: müqayisəli təhlil” mövzusunda təlim keçirilib

01 Oktyabr 2026, 15:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğu keçmə ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsi: müqayisəli təhlil” mövzusunda təlim təşkil olunub.

Təlimdə Dövlət İmtahan Mərkəzinin mütəxəssisi Cavid Cəərçiyev tərəfindən iştirakçılara “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəaları, dövlət orqanlarının kateqoriyaları, dövlət qulluğu vəzifələrinin təsnifatı və ixtisas dərəcələri barədə məlumat verilib.

Həmçinin dövlət orqanlarının kateqoriyasına uyğun olaraq vakant inzibati vəzifələrin tutulmasının ümumi şərtləri, vəzifə qrupları və altqrupları üzrə tələb olunan sertifikatlar, vakant vəzifələrin tutulması ilə bağlı keçirilən müsabiqələrin növləri, qanunvericiliyə edilmiş dəyişikliklər və dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər diqqətə çatdırılıb.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.