Xəbərlər


“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Salyanda keçirilib

30 Sentyabr 2026, 17:04

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan şəhər 2 saylı tam orta məktəbdə keçirilən görüşdə gənclərə ətraf mühitin qorunması, gündəlik davranışların təbiətə təsiri və ekoloji məsuliyyətin əhəmiyyəti barədə məlumat verilib. Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.