Xəbərlər


ETSN kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026, 16:17

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.