Azərbaycan könüllülərinin iştirakı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
27 Sentyabr 2026, 14:50
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş aksiyada könüllülərin iştirakı ilə yerli torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.