Xəbərlər


Anım Günü ilə əlaqədar meşə fondu ərazilərində ağacəkmə aksiyaları keçirilib

27 Sentyabr 2026, 14:40

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkənin meşə fondu ərazilərində genişmiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri keçirilib.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının, şəhid ailələri və müharibə iştirakçılarının iştirakı ilə Tovuz, Ağcabədi, Yevlax, Lənkəran, Xızı, Xaçmaz, Qəbələ, Şəki, Zaqatala, Sabirabad, Goranboy, Gədəbəy, Qobustan, Masallı və Cəbrayıl rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 15000-dən artıq müxtəlifcinsli ağac tingi əkilib.