Xəbərlər


22 sentyabr – Ümumdünya Avtomobildən İmtina Günü

22 Sentyabr 2026, 10:53

Hər il 22 sentyabrda qeyd olunan Ümumdünya Avtomobildən İmtina Günü insanların bir gün ərzində şəxsi avtomobillərdən imtina edərək alternativ nəqliyyat vasitələrindən istifadəyə təşviq edilməsinə xidmət edir.

Təşəbbüsün əsas məqsədi avtomobillərdən istifadənin azaldılmasının şəhər mühitinə, havanın keyfiyyətinə və ətraf mühitin qorunmasına müsbət təsirlərinə diqqət çəkmək, daha dayanıqlı nəqliyyat seçimlərini təşviq etməkdir.

Ümumdünya Avtomobildən İmtina Günü münasibətilə hər kəsi mümkün olduğu hallarda ictimai nəqliyyatdan, velosipeddən və piyada hərəkətdən istifadəyə üstünlük verməyə, ətraf mühitin qorunmasına öz töhfəsini verməyə çağırırıq.