“III Yaşıl Düşüncə” maarifləndirmə proqramına start verilir
21 Sentyabr 2026, 18:10
Ətraf mühitə dair biliklərini artırmaq, ekoloji bacarıqlarını inkişaf etdirmək və təbiətə məsuliyyətli münasibətin formalaşmasına töhfə vermək istəyən 17–25 yaş arası gəncləri “III Yaşıl Düşüncə” maarifləndirmə proqramında iştiraka dəvət edirik.
- Qeydiyyat tarixləri: 22 sentyabr - 2 oktyabr
- Təlim müddəti: 1 ay
- Təlimlərin vaxtı: əsasən günün ikinci yarısı keçiriləcək.
- Proqram çərçivəsində iştirakçıları ekoloji mövzular üzrə nəzəri təlimlər və praktiki fəaliyyətlər gözləyir.
- Proqramın sonunda imtahan keçiriləcək və proqramı uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.
Daha yaşıl gələcək üçün biliklərini artır, bacarıqlarını inkişaf etdir və dəyişimin bir parçası ol.
Qeydiyyatdan keçmək üçün: https://forms.etsn.az/s/cmub7jbxc004gjo01il98pohc