Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 İyun 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 393 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 471 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 23 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 211 m3/s təşkil edərək ongünlük normanın 108 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 22, Salyanda 40, Bankədə 5 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2014-cü il iyunun 05-də 324 sm), Şirvanda 203 sm (2014-cü il iyunun 05-də 179 sm), Salyanda 120 sm (2014-cü il iyunun 05-də 110 sm), Bankədə 183 sm (2014-cü il iyunun 05-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2014-cü il iyunun 05-də 60 sm) təşkil edir.