Regionlarda maarifləndirici tədbirlər davam etdirilir
16 Sentyabr 2026, 18:10
Meşə və yaşıllıq ərazilərinin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qubada maarifləndirici tədbir keçirilib.
Quba “ASAN xidmət” mərkəzində təşkil olunan görüşdə iştirakçılara mövcud ekoloji problemlər, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib, meşə və yaşıllıq ərazilərinin qorunmasına diqqətin artırılmasının vacibliyi vurğulanıb.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirdə, həmçinin könüllülər tərəfindən tullantılardan hazırlanmış əl işləri də nümayiş etdirilib.