Xəbərlər


Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində II Dayanıqlı Karyera Yarmarkası təşkil olunub

12 Sentyabr 2026, 16:24

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində tələbə və gənclərin dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat istiqamətində karyera imkanları ilə tanış olması məqsədilə II Dayanıqlı Karyera Yarmarkası keçirilib.

Sərgi çərçivəsində tələbələr müxtəlif şirkət və qurumların təqdim etdiyi karyera imkanları ilə tanış olub, təşkilatların nümayəndələri ilə görüşərək iş və təcrübə proqramları barədə məlumat əldə ediblər.

Qeyd edək ki, II Dayanıqlı Karyera Yarmarkası Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN kadr” karyera mərkəzi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının tərəfdaşlığı ilə "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilib.