Xəbərlər


Trabzonda “Okeanlar və dənizlər: İqlim dəyişmələri və dayanıqlılıq” mövzusunda konfrans keçirilib

10 Sentyabr 2026, 15:45

10 sentyabr 2026-cı il tarixində Türkiyənin Trabzon şəhərində Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişmələri nazirinin rəhbərliyi ilə “Okeanlar və dənizlər: İqlim dəyişmələri və dayanıqlılıq” mövzusunda konfrans keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev iştirak edib.

Konfransda COP31-ə hazırlıq prosesi çərçivəsində Azərbaycan və Türkiyə əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Çıxış zamanı Rauf Hacıyev Xəzər dənizinin iqlim dəyişmələri və antropogen təsirlər nəticəsində bir sıra ekoloji çağırışlarla üzləşdiyini diqqətə çatdırıb. Nazir müavini bu çağırışların aradan qaldırılması, dəniz ekosistemlərinin dayanıqlılığının təmin edilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin əhəmiyyətini vurğulayıb.