Yardımlıda gənclərlə ekoloji maarifləndirici görüş keçirilib
10 Sentyabr 2026, 18:40
1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə gənclər üçün növbəti ekoloji maarifləndirici görüş Yardımlı rayonunun Köryədi kənd tam orta məktəbində keçirilib.
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təşkil olunan görüşün əsas məqsədi gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılması və onlarda ekoloji məsuliyyətli davranış vərdişlərinin formalaşdırılması olub.
Görüş zamanı ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli və qənaətlə istifadə, ekoloji tarazlığın təmin olunmasında gənclərin rolu, eləcə də gündəlik həyatda ekoloji cəhətdən məsuliyyətli davranışın əhəmiyyəti barədə ətraflı məlumat verilib.