Xəbərlər


Növbəti “Xəzəri Qoruyaq!” aksiyası Neftçalada keçirilib

09 Sentyabr 2026, 14:53

Xəzər dənizinin sahil ərazilərində təmizliyin qorunmasına töhfə vermək və cəmiyyətin ekoloji davranışlarının daha da gücləndirilməsinə diqqət çəkmək məqsədilə keçirilən “Xəzəri Qoruyaq!” təmizlik aksiyası növbəti dəfə Xəzər dənizinin Neftçala sahilində təşkil edilib.

Aksiya zamanı sahil ərazisindən ümumilikdə 250 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, “Xəzəri Qoruyaq!” təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, dövlət və özəl qurumların tərəfdaşlığı ilə həyata keçirilir.