Xəbərlər


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

09 Sentyabr 2026, 16:10

Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən zavoddan havaya tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı “İnam-2019” MMC-yə məxsus zavodda qaz-toz tutucu qurğunun quraşdırılması tam başa çatdırılmadığı üçün havaya normadan artıq tüstünün yayıldığı məlum olub.

Faktla bağlı akt tərtib edilib və MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.
Eyni zamanda zavodun fəaliyyətinin ekoloji qanunvericiliyin tələblərinə uyğun təşkili ilə bağlı MMC-yə “Ekoloji tələb” verilib.