Xəbərlər


Azərbaycan COP17-də təmsil olunub

28 Avqust 2026, 17:45

17–28 avqust 2026-cı il tarixlərində Monqolustanın Ulan-Bator şəhərində BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının (UNCCD) 17-ci Tərəflər Konfransı (COP17) keçirilib.

COP17 çərçivəsində 24–27 avqust tarixlərində keçirilən yüksək səviyyəli seqmentin açılışında Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, BMT Baş katibinin müavini Amina Mohammed, UNCCD-nin icraçı katibi Yasmin Fuad və digər yüksək səviyyəli rəsmilər çıxış ediblər.

Azərbaycan konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunub. Konfrans çərçivəsində quraqlığa dayanıqlılıq, torpaqların bərpası, su ehtiyatlarının dayanıqlı idarə olunması və maliyyələşdirmə mexanizmlərinə həsr edilmiş yüksək səviyyəli nazirlər dialoqlarında Azərbaycan nümayəndə heyəti tərəfindən çıxışlar edilib.

Azərbaycanın Mərkəzi və Şərqi Avropa Regional Qrupuna 2024–2026-cı illər üzrə sədrliyi başa çatıb və Regional Qrupun qəbul etdiyi qərara əsasən Azərbaycanın həmsədr qismində fəaliyyətini davam etdirməsi qərara alınıb.