“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilib
28 Avqust 2026, 17:22
Meşə və yaşıllıq ərazilərində yanğın təhlükəsinin minimuma endirilməsi və yanğın hadisələrinə operativ müdaxilənin təmin edilməsi məqsədilə “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər Beyləqan, Ağcabədi, Ağsu və Kəlbəcər rayonlarında təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin regional idarələrinin əməkdaşlarının, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təlimlər zamanı yanğınların qarşısının vaxtında alınması sahəsində profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, yanğınların söndürülməsi metodları əyani şəkildə nümayiş etdirilib.