“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti ekoloji maarifləndirici görüş Xızıda keçirilib
11 Avqust 2026, 18:02
Xızı rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində gənclər üçün növbəti maarifləndirici görüş təşkil olunub.
Xızı şəhər tam orta məktəbində keçirilən tədbirdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən gənclərə sağlam ətraf mühitin əhəmiyyəti, ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, eləcə də təbiətə məsuliyyətli yanaşmada hər bir vətəndaşın rolu barədə ətraflı məlumat verilib.
Görüşün keçirilməsində məqsəd gənclərin ətraf mühitlə bağlı bilik və məlumatlılığını artırmaq, onlarda ekoloji məsuliyyət hissini formalaşdırmaq və təbiətə qayğıkeş münasibətin təşviqinə töhfə vermək olub.