Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
29 May 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 432 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 447 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 134 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 22, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 10, Bankədə 6 sm azalma, Surrada isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2014-cü il mayın 29-da 302 sm), Şirvanda 173 sm (2014-cü il mayın 29-da 145 sm), Salyanda 135 sm (2014-cü il mayın 29-da 76 sm), Bankədə 175 sm (2014-cü il mayın 29-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2014-cü il mayın 29-da 35 sm) təşkil edir.