Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 May 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 474 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 530 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 151 m3/s təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 31, Şirvanda 10, Salyanda 2, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində isə 15 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2014-cü il mayın 25-də 310 sm), Şirvanda 303 sm (2014-cü il mayın 25-də 142 sm), Salyanda 273 sm (2014-cü il mayın 25-də 73 sm), Bankədə 213 sm (2014-cü il mayın 25-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 180 sm (2014-cü il mayın 25-də 45 sm) təşkil edir.