1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə uşaqlar üçün ekoloji maarifləndirici tədbir keçirilib.
02 İyun 2026, 18:17
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə yaradılan ekoloji zonada uşaqlar üçün ətraf mühitin mühafizəsi və ekoloji düşüncənin formalaşdırılmasına həsr olunmuş maraqlı viktorinalar, interaktiv oyunlar və maarifləndirici fəaliyyətlər təşkil edilib.
Tədbir çərçivəsində ətraf mühit və mədəni irs mövzularını bir araya gətirən “İrs, ətraf mühit və uşaqların kəşfi” adlı kvest proqramı da həyata keçirilib. Kvest zamanı uşaqlar İçərişəhərin küçələri boyunca müəyyən edilmiş marşrut üzrə hərəkət edərək İçərişəhərin tarixi abidələri, memarlıq nümunələri və şəhər mühitinin ekoloji xüsusiyyətləri ilə yaxından tanış olublar.
Tədbirin məqsədi uşaqlarda ətraf mühitin qorunması və mədəni irsin mühafizəsi ilə bağlı məlumatlılığı artırmaq, onlarda təbiətə və tarixə qarşı məsuliyyətli münasibətin formalaşmasına töhfə vermək olub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu kimi maarifləndirici təşəbbüslər Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ərəfəsində ekoloji dəyərlərin təşviqinə, cəmiyyətin müxtəlif təbəqələrinin ekoloji fəaliyyətlərə cəlb olunmasına və ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın gücləndirilməsinə xidmət edir.