Xəbərlər


Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı təmizlik aksiyası keçirilib

02 İyun 2026, 14:40

Ümumdünya Ətraf Mühit Günü çərçivəsində Xəzər dənizinin Şüvəlan sahilində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını, IDEA İctimai Birliyinin nümayəndələrini, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllüləri, ekokönüllüləri, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələrini bir araya gətirən aksiya çərçivəsində sahilboyu ərazi tullantılardan təmizlənib.

İməcilik zamanı ərazidən 200 kiloqramdan artıq məişət tullantısı toplanaraq utilizasiya üçün aidiyyəti qurumlara təhvil verilib.

Aksiyanın məqsədi Xəzər dənizinin və sahilyanı ekosistemlərin qorunmasının vacibliyinə diqqət çəkmək, ətraf mühitə məsuliyyətli münasibəti təşviq etmək, ekoloji problemlərin həllində ictimai iştirakçılığı artırmaq və gələcək nəsillər üçün daha təmiz, sağlam və dayanıqlı mühitin formalaşmasına töhfə verməkdir.