“Dacha Fest” festivalına ETSN “Tullantıları hədiyyələrə dəyiş” formatlı tədbiri ilə qoşulub
25 May 2026, 18:27
Ölkə sakinlərini bir araya gətirərək ekoloji düşüncəni və yaradıcılığı təşviq etmək məqsədilə Nine Senses Art Centre tərəfindən təşkil olunan “Dacha Fest” festivalına ETSN “Tullantıları hədiyyələrə dəyiş” formatlı tədbiri ilə qoşulub.
Tədbir çərçivəsində ekokönüllülər vətəndaşlardan təkrar emala yararlı olan plastik və şüşə tullantıları, eləcə də işlənmiş batareyaları qəbul edərək onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediblər.
Toplanan plastik tullantılar “EcoHub” İctimai Birliyinə, şüşə tullantılar “Yağmur-2” MMC-yə təhvil verilərək təkrar emala yönləndirilib, işlənmiş batareyalar isə utilizasiya məqsədilə “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə verilib.
Qeyd edək ki, tədbir tullantıların düzgün idarə olunmasını təşviq etmək, təkrar emal mədəniyyətini genişləndirmək və cəmiyyətdə ekoloji məsuliyyət hissini artırmaq məqsədilə təşkil olunub.