Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 May 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 580 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 324 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 372 m3/s olmaqla, ongünlük normanın 183 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 30, Salyanda 29, Bankədə 8 sm artım, Surrada 11, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 491 sm (2014-cü il mayın 18-də 291 sm), Şirvanda 395 sm (2014-cü il mayın 18-də 141 sm), Salyanda 309 sm (2014-cü il mayın 18-də 77 sm), Bankədə 241 sm (2014-cü il mayın 18-də 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 230 sm (2014-cü il mayın 18-də 34 sm) təşkil edir.