Xəbərlər


Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib

19 May 2026, 11:30

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına "Azərlotereya" ASC-nin əməkdaşları da qoşulub.

Aksiya çərçivəsində ərazidə Abşeron rayonunun torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır.