Azərbaycan Könüllüləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar olaraq ağacəkmə aksiyasında iştirak ediblər.
11 May 2026, 12:25
Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirməklə yanaşı yaşıllıqların artırılmasına töhfə verməkdir.