Xəbərlər


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib

08 May 2026, 18:00

Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirməklə yanaşı yaşıllıqların artırılmasına töhfə verməkdir.