Xəbərlər


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində bu dəfə 220 kiloqramdan artıq işlənmiş batareyalar toplanaraq təhvil verilib

07 May 2026, 17:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində könüllülər
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasından;
- “Kapital Bank”ın Baş ofisindən;
-  SOCAR-ın Sosial İnkişaf İdarəsindən;
- “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialından;
- ADA Universitetindən;
- “Landau school” məktəbindən
ümumilikdə 221 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihə istifadəyə yararsız elektrik batareyalarının ətraf mühitə zərər vermədən toplanması və təhlükəsiz utilizasiyasını təşkil etməklə yanaşı, ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmənin gücləndirilməsini hədəfləyir.