Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı “Ağ Şəhər”də keçiriləcək
05 May 2026, 18:45
İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə 9 may tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri “Ağ Şəhər” ərazisində keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum:
- 50 litr olan plastik butulka,
- 15 litr tutumu olan şüşə butulka/banka və ya
- 10 ədəd işlənmiş batareya
təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr (1 nəfər üçün maksimum hədiyyə sayı 10 ədəddir) qazana bilərsiniz.
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədilə təşkil olunur.
Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin və cəmiyyətin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır.
- Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər “Biznes Mərkəzi 2020”nin qarşısı
- 9 may 2026-cı il
- 12:00-14:00