Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 May 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 560 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 295 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 36 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 191 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 52 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 36, Şirvanda 34, Salyanda 45, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 90 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2014-cü il mayın 08-də 330 sm), Şirvanda 211 sm (2014-cü il mayın 08-də 179 sm), Salyanda 150 sm (2014-cü il mayın 08-də 113 sm), Bankədə 175 sm (2014-cü il mayın 08-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2014-cü il mayın 08-də 38 sm) təşkil edir.