Xəbərlər


Ağacəkmə aksiyaları davam edir

27 Aprel 2026, 14:40

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə institutlarının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyalarının əsas məqsədi yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin artırılmasıdır.