Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib
20 Aprel 2026, 18:20
Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Zəngilan və Cəbrayıl rayonlarında keçirilib.
Görüşlər Zəngilanın Ağalı kənd, Cəbrayılın Horovlu kənd və Mehdi Mehdizadə adına tam orta məktəblərində keçirilib. Şagirdlərə ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların düzgün idarə olunması, biomüxtəlifliyin mühafizəsi və yaşıllıqların artırılması ilə bağlı məlumat verilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində baş tutan görüşlərdə məktəblilərlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Tədbirlərin əsas məqsədi şagirdlərdə ekoloji məsuliyyətin artırılması və ətraf mühitin qorunmasına marağın gücləndirilməsidir.