ETSN-də növbəti qanvermə aksiyası keçirilib
13 Aprel 2026, 14:55
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası təşkil olunub.
Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları iştirak ediblər.
Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən həyata keçirilib. Qan götürülməzdən əvvəl hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb.