Xəbərlər


Bu gün Beynəlxalq Meşələr Günüdür

21 Mart 2026, 09:45

 
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 2012-ci ildən etibarən hər il 21 mart tarixi Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Bu il Beynəlxalq Meşələr Günü “Meşələr və iqtisadiyyat” devizi ilə qeyd edilir. Bu yanaşma meşələrin yalnız təbiətin bir hissəsi deyil, eyni zamanda inkluziv inkişafın, rifahın və dayanıqlı iqtisadiyyatın əsas sütunlarından biri olduğunu vurğulayır. Eyni zamanda bu deviz meşələrin qorunmasına yönəlmiş siyasətlərin gücləndirilməsi, tərəfdaşlıqların genişləndirilməsi və bu sahəyə investisiyaların artırılmasının vacibliyini ön plana çəkir.

Beynəlxalq Meşələr Günü meşələrin əhəmiyyətini vurğulamaq, onların qorunması, bərpası və davamlı idarə olunmasına diqqəti artırmaq, təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və gələcək nəsillər üçün sağlam ətraf mühitin təmin olunmasına çağırış məqsədilə qeyd olunur.