Xəbərlər


Beynəlxalq Meşələr Günü münasibətilə Meşələrin İnkişafı Xidmətinin tabeli qurumları tərəfindən kütləvi ağacəkmə aksiyaları təşkil olunub.

22 Mart 2026, 12:45

Aksiyalarda vətəndaşlar, bələdiyyə və rayon icra hakimiyyəti nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları iştirak ediblər.

Tədbirlər çərçivəsində Lerik, Tovuz, Biləsuvar, Şabran, Quba, Qobustan, Qax, Beyləqan, Göygöl, Cəlilabad, Ağdaş, Gədəbəy və Oğuz rayonlarının meşə fondu ərazilərində 11 hektara yaxın sahədə yerli meşə bitmə şəraitinə uyğun fıstıq, cökə, vələs, Şərq çinarı, Eldar şamı, göyrüş və s. cinslərdən ibarət tinglər əkilib.