Xəbərlər


Sürüşmə sahələrində aktivləşmə müşahidə olunmur

28 Mart 2026, 12:00

Son günlər ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı sürüşmə proseslərinin dinamikasında hər hansı bir dəyişiklik qeydə alınmayıb.
 
Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev bildirib ki, mövcud sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur, yeni sürüşmə zonaları müşahidə edilməyib.