Xəbərlər


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində işlənmiş batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir

13 Mart 2026, 17:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.

Layihə çərçivəsində ekokönüllülər
- “SOCAR Polymer” MMC-dən;
- “Araz” supermarketin Azadlıq-3 filialından
ümumilikdə 80 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihə istifadəyə yararsız elektrik batareyalarının ətraf mühitə zərər vermədən toplanması və təhlükəsiz utilizasiyasını təşkil etməklə yanaşı, ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmənin gücləndirilməsini hədəfləyir.