Xəbərlər


Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib

05 Mart 2026, 15:12

Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Cəbrayıl rayonunun Horovlu və Laçın rayonunun Sus kənd tam orta məktəblərində təşkil olunub.

Görüşlərdə şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə, tullantıların düzgün idarə olunması və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib. Tədbir zamanı məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, onların ətraf mühitin qorunmasına fəal şəkildə cəlb edilməsi məqsədilə fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Görüşlərin əsas məqsədi məktəblilərdə təbiətə qayğı, ekoloji məsuliyyət və davamlı ekoloji davranış vərdişlərinin formalaşdırılmasına və onları ətraf mühitin qorunmasına təşviq etməkdir.