Xəbərlər


Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub

02 Mart 2026, 18:05

Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsi 52C ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə bir ədəd qovaq ağacının kəsildiyi müəyyən edilib. Təqsirkar şəxsin müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Səbail Rayon Polis İdarəsinə, ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi və mühafizə olunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətinə müraciət olunub.

“Kəsilmiş ağacın əvəzinə ərazidə sərv ağacı əkilib, ağac qeydiyyata alınaraq üzərinə identifikasiya etiketi vurulub”.

İdarə rəisinin sözlərinə görə, ərazidə mövcud olan digər yaşıllıqlar da yaxın günlərdə mərhələli şəkildə qeydiyyata alınaraq identifikasiya etiketi ilə təmin olunacaq.