Xəbərlər


“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində toplama məntəqələrindən 118.5 kiloqram işlənmiş batareya götürülüb

02 Mart 2026, 14:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.

Layihə çərçivəsində könüllülər
- Dövlət Məşğulluq Agentliyindən;
- “Araz” supermarketin Əhmədli, Space, Qutqaşınlı-1 Spar 3-cü mikrorayon filiallarından;
- “Bravo” hipermarketin Əhmədli və 20 Yanvar filiallarından ümumilikdə 118.5 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihə istifadəyə yararsız elektrik batareyalarının ətraf mühitə zərər vermədən toplanması və təhlükəsiz utilizasiyasını təşkil etməklə yanaşı, ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarə olunması sahəsində maarifləndirmənin gücləndirilməsini hədəfləyir.