Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 May 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yağan yağışlar nəticəsində son iki gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 33 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 626 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 372 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 207 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 141 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 34, Salyanda 18, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 315 sm (2014-cü il mayın 04-də 328 sm), Şirvanda 171 sm (2014-cü il mayın 04-də 185 sm), Salyanda 135 sm (2014-cü il mayın 04-də 118 sm), Bankədə 173 sm (2014-cü il mayın 04-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2014-cü il mayın 04-də 72 sm) təşkil edir.