Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib
06 Fevral 2026, 18:25
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Milli parkların yaradılmasının məqsədləri təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq, turizm və rekreasiya üçün şərait yaratmaq, təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, ekoloji monitorinqi həyata keçirmək, eyni zamanda, zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etməkdir.