“Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib
04 Fevral 2026, 16:15
Gender bərabərliyi sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və tabeliyində olan qurumlarının əməkdaşlarına “Gender bərabərliyinin təmin edilməsi və iş mühitində gender yanaşmasının təşviqi” mövzusunda təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı tərəfindən keçirilən təlim çərçivəsində iştirakçılara gender bərabərliyi anlayışı, bu bərabərliyin təmin olunmasına mane olan əsas amillər, gender bərabərliyi sahəsində dövlət siyasəti, iş mühitində gender yanaşması, müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklər, gender üzrə məsul şəxslərin vəzifə və öhdəlikləri, eləcə də iqlim dəyişikliyinin qadınlara sosial-iqtisadi təsirləri barədə ətraflı məlumat təqdim olunub.
Təlim interaktiv formada keçirilib, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.