Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

27 Aprel 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 500 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 457 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 239 m3/s olmaqla, ongünlük normanın 134 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 155 m3/s təşkil edərək ongünlük normanın 87 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 38, Şirvanda 22, Salyanda 17, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2014-cü il aprelin 27-də 344 sm), Şirvanda 235 sm (2014-cü il aprelin 27-də 195 sm), Salyanda 167 sm (2014-cü il aprelin 27-də 122 sm), Bankədə 183 sm (2014-cü il aprelin 27-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2014-cü il aprelin 27-də 72 sm) təşkil edir.