Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
13 Noyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 117 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 157 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 59 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8, Salyanda və Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 453 sm (2014-cü il noyabrın 13-də 325 sm), Şirvanda 345 sm (2014-cü il noyabrın 13-də 175 sm), Salyanda 303 sm (2014-cü il noyabrın 13-də 142 sm), Bankədə 228 sm (2014-cü il noyabrın 13-də 172 sm), Araz çayının Novruzlu məntəqəsində isə 177 sm (2014-cü il noyabrın 13-də 66 sm) təşkil edir.