Xəbərlər


İstirahət günlərində hər kəsi milli parklarımızda təşkil olunan tədbirlərdə iştirak etməyə dəvət edirik!

30 Dekabr 2025, 16:00

İstirahət günlərinizi təbiətin qoynunda maraqlı və səmərəli keçirmək üçün hər kəsi milli parklarımızda təşkil olunan tədbirlərdə iştirak etməyə dəvət edirik!

Qızılağac Milli Parkı
30 dekabr – 5 yanvar - Qayıq gəzintisi və su-bataqlıq quşlarının müşahidəsi
050-632-52-82 Aqil Sucayev

Şirvan Milli Parkı
30 dekabr – 5 yanvar - Quşların müşahidəsi, Safari tur
055-222-61-72 Nizaməddin Tağıyev

Ağgöl Milli Parkı
1 yanvar – “Ağgöl Milli Parkının inciləri” adlı tədbir və tədbir çərçivəsində quş müşahidəsinin təşkili
050-286-16-61 Xəzər Məhərrəmov

Şahdağ Milli Parkı
1 yanvar - Quba–Qusar bölməsi üzrə: “Təbiətin qorunması milli həmrəylikdir” adlı tədbir. Şahdağ Milli Parkının Quba–Qusar ərazilərində turizm marşrutlarında ekskursiya və yürüşlər
2 yanvar – Oğuz-Qəbələ üzrə: “Təbiət bizim evimizdir” adlı əyləncəli viktorinanın təşkili
3 yanvar - İsmayıllı bölməsi üzrə: “Təbiəti qoruyaq, həmrəy olaq” adlı tədbir, zubr və maralların canlı müşahidəsi, ekskursiyalar
4 yanvar – Şamaxı bölməsi üzrə: “Şamaxının təbii sərvətləri” adlı qısa təqdimat və turizm marşrutu boyunca ekskursiya
050-554-84-55 Aqşin Qurbanov

Abşeron Milli Parkı
2 yanvar - həvəskar və peşəkar fotoqrafların sərgisi
050-210-44-14 Etibar İbrahimov

Göygöl Milli Parkı
3 yanvar - Gölün kənarında qurulacaq guşədə bölgədə yaşayan əhalinin əl işlərindən ibarət sərginin təşkili
055-340-55-68 Yusif Kazımov

Altıağac Milli Parkı
3 yanvar – Xələnc ekoturizm marşrutunda “Ekoloji mədəniyyət və sağlam həyat” adlı tədbir və hiking
050-668-09-66 Dərgah Rüstəmov
055-747-50-03 Orxan Əzimov

Samur-Yalama Milli Parkı
4 yanvar - "Yeni ildə təbiətə yeni töhfələr verək" adlı bayram tədbiri
055-588-24-04 Rafail Rəhimov

Hirkan Milli Parkı
4 yanvar - Cənub bölgəsinə xas çay məhsullarının, sitrus meyvələrinin sərgisi və sitrus bağlarına infoturun təşkili, çay plantasiyası ilə tanışlıq turu
050-306-54-80 Şakir Quliyev
051-551-36-18 Elvin Mirizadə